Rusiya: "ABŞ Ukrayna ilə bağlı mövqeyimizi daha yaxşı anlayır"

Rusiya: "ABŞ Ukrayna ilə bağlı mövqeyimizi daha yaxşı anlayır"
27 May 2025 14:15

ABŞ hökuməti Moskvanın Ukrayna ilə bağlı mövqeyini daha yaxşı anlamağa başlayıb və Amerika lideri Donald Tramp açıq şəkildə Ukraynadakı münaqişənin əsas səbəbləri barədə danışır. Bunu “Komsomolskaya Pravda”ya müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“ABŞ-nin yeni administrasiyasının real addımlarının onun bəyanatlarına nə dərəcədə uyğun olacağını zaman göstərəcək”, - deyə o bildirib.

Ryabkovun sözlərinə görə, hazırda Rusiya və Amerika tərəfləri arasında münasibətlərdə həqiqətən də müsbət dəyişikliklər yaranıb. O əlavə edib ki, ən yüksək və ekspert səviyyələrində ikitərəfli əlaqələr bu barədə danışmağa imkan verir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.




Tural


Sizin reklam burada
Sizin reklam burada