Rusiya xərçəngə qarşı peyvəndin klinik sınaqlarına başladı

Rusiya xərçəngə qarşı peyvəndin klinik sınaqlarına başladı
13:00

Rusiyada xərçəng əleyhinə hazırlanan Enteromix peyvəndinin klinik sınaqlarına başlanılıb. Bu barədə RİA Novosti-yə Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda məlumat verib.


Onun sözlərinə görə, sınaqlar açıq təkmərkəzli klinik sınaqların birinci mərhələsini keçirmək üçün ilk icazə alan Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzində aparılır.


Sınaqlarda 48 könüllü iştirak edəcək. Kaprin qeyd edib ki, preparatın toksikliyi minimaldır və bu, təhlükəsizliyin mühüm göstəricisidir.

O, həmçinin xatırladıb ki, 2023-cü ildə dünyada 25 yeni onkoloji dərman qeydə alınıb. Rusiya da bu sahəni fəal şəkildə inkişaf etdirir. Ölkədə bir neçə onkovaksin hazırlanır, o cümlədən Milli Radiologiya Tədqiqat Mərkəzi və Rusiya Elmlər Akademiyasının Engelhardt Molekulyar Biologiya İnstitutunun mütəxəssisləri tərəfindən yaradılmış Enteromix də bu kateqoriyaya aiddir. "Milli Radiologiya Tədqiqat Mərkəzi və Qamaleya Milli Tədqiqat Mərkəzinin birgə layihəsi olan fərdiləşdirilmiş mRNT peyvəndi üzərində də iş aparılır",- deyə alim bildirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada