"Rusiya və Ermənistan dost olaraq qalır və dialoqdadır".
News365.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, "Biz erməni dostlarımızla dialoqu davam etdiririk və davam etdirəcəyik".
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın son addımlarının Rusiya ilə müttəfiqlik ruhuna zidd olduğunu bildirib.