Rusiya Ukraynada sərnişin qaratını VURDU

Rusiya Ukraynada sərnişin qaratını VURDU
24 İyn 2025 14:58

Ukraynanın Dnepr şəhərinə qarşı Rusiya Silahlı Qüvvələrinin həyata keçirdiyi ballistik raket hücumu nəticəsində genişmiqyaslı dağıntılar baş verib. Bu barədə şəhərin meri Boris Filatov məlumat yayıb.

News365.az xəbər verir ki, onun sözlərinə görə, zərbə nəticəsində 14 məktəb və uşaq bağçası, eləcə də şəhər xəstəxanası və poliklinika zədələnib. Filatov həmçinin xüsusi yaşayış evlərinin olduğu ərazilərdə ciddi dağıntılar olduğunu bildirib. Hücum zamanı Odessa–Zaporojye sərnişin qatarı da zərər görüb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, Dnepr şəhəri ballistik raketlə vurulub. Bundan əlavə, Dnepropetrovsk vilayətinə daxil olan Samara şəhəri də raket atəşinə tutulub.

Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının məlumatına əsasən, hücum nəticəsində 3 nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada