“Biz avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri alqışlayırıq, Ermənistan və Azərbaycanı bu inkişafa görə təbrik edirik və ABŞ Administrasiyasının bu nəticələrin reallaşmasında oynadığı rolu yüksək qiymətləndiririk”.
Bu fikirləri ATƏT-in ictimiyyətlə əlaqələr şöbəsindən bildirilib. Açıqlamada ATƏT-in Vaşinqton görüşünün nəticələrindən məmnunluğu ifadə olunub, bundan sonra da sülhə və təhlükəsizliyə ATƏT-in sadiqliyi qeyd edilib.
“Biz Ermənistan və Azərbaycanı münasibətlərin normallaşması və sülhün əldə edilməsi üçün mümkün olan hər şeyi etməyə davam etməyə çağırırıq. ATƏT hər iki ölkəyə davamlı sülh və sabitlik gətirməyə yönəlmiş bütün səylərə sadiqdir. ATƏT təhlükəsizliyə hərtərəfli yanaşmamıza uyğun olaraq 8 avqust sazişlərinin həyata keçirilməsini dəstəkləməyə hazırdır”, - deyə sorğuya cavab olaraq bildirilib.