Fransa Azərbaycanla Ermənistan arasındakı sülh razılaşmasını alqışlayıb

Fransa Azərbaycanla Ermənistan arasındakı sülh razılaşmasını alqışlayıb
09 Avq 2025 13:45

Fransanın Bakıdakı səfirliyi Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışlayıb.

News365.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Fransa Vaşinqtonda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanın elan edilməsini alqışlayır", - paylaşımda qeyd olunub.

 


Sizin reklam burada
Sizin reklam burada