“Rusiya üçün biabırçı vəziyyətdir ki...“- Politoloq

“Rusiya üçün biabırçı vəziyyətdir ki...“-  Politoloq
17 Apr 2024 12:06

"Ermənistan 2018-ci ilin bu günlərindən inqilab zamanı Ermənistan Rusiyanın nəzarətindən çıxdı. Altı ildir Rusiya Ermənistanı itirib".

Politoloq Zaur Məmmədov bunu News365.az- a açıqlamasında bildirib.

"Rusiyanın əlinin altında olan Ermənistanda Qərb inqilab etdi və Rusiya yönümlü hakimiyyəti dəyişərək, Qərb yönümlü bir şəxsi hakimiyyətə gətirdi. Rusiya üçün biyabırçı vəziyyət idi ki, onun nəzarəti altında olan, onun təyin etdiyi, dəstək verdiyi Sarkisyan, Koçaryan Qarabağ klanı hakimiyyətdən getdi. Paşinyan gəldikdən sonra, hətta Koçaryanı həbsə belə atdılar. Rusiya Ermənistandakı resurslarını yeniləyə bilmədi. Paşinyan Rusiyanın bütün resurslarını hakimiyyətə gəldikdən sonra, darmadağın etməyə başladı və ən ciddi addımı Rusiyaya və ona bağlı olan qüvvələrə ciddi göz dağı Köçəryanın həbs olunması oldu."- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər