Rusiya səfirliyi vətəndaşlarına İranda foto və video çəkməməyi tövsiyə edib

Rusiya səfirliyi vətəndaşlarına İranda foto və video çəkməməyi tövsiyə edib
17:12

Rusiyanın Tehrandakı səfirliyi rusiyalı turistlərə İrana səfər edərkən foto və video çəkilişdən çəkinməyi tövsiyə edir.

News365.az xəbər verir ki, bunu "Kommersant" yazır.

Nəşr qeyd edir ki, diplomatik nümayəndəliyin izahına görə, bu, arzuolunmaz insidentlərin qarşısını almağa kömək edəcək.

"Rusiya vətəndaşlarına İran İslam Respublikasına gedərkən yerli qanunvericiliyə ciddi əməl etmələri və kifayət qədər ehtiyatlı və təmkinli olmaları tövsiyə olunur", - səfirliyin teleqramda dərc olunmuş press-relizində deyilir.

Bu təkliflərin səbəbi və ya bu yaxınlarda baş verən oxşar hadisələr barədə heç bir məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada