Rusiya nümayəndələri Türkiyəyə yola düşüb

Rusiya nümayəndələri Türkiyəyə yola düşüb
01 İyn 2025 17:09

Rusiyanın nümayəndə heyəti bazar günü günortadan sonra Ukrayna ilə danışıqlarda iştirak etmək üçün təyyarə ilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.

Bu barədə "İnterfaks" danışıqların hazırlanması ilə tanış olan mənbəyə istinadən xəbər verir.

"Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bazar günü günortadan sonra təyyarə ilə İstanbula uçub", - agentliyin müsahibi bildirib.

O, qeyd edib ki, Rusiya nümayəndə heyəti iyunun 2-də səhər danışıqlara başlamağa hazır olacaq.


Sizin reklam burada
Sizin reklam burada