“Rusiya müharibəni dayandırmaq istəyirsə, şərtlərə əməl etməlidir”- Politoloq

“Rusiya müharibəni dayandırmaq istəyirsə, şərtlərə əməl etməlidir”- Politoloq
13:15

“Rusiya müharibəni dayandırmaq istəyirsə, buna görə şərtlərə əməl etməlidir”.

Rusiya–Ukrayna müharibəsi artıq 3 il 8 aydır davam edir. Politoloq Anar İsayev News365.az-a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin müharibənin bitməsi ilə bağlı çağırışları əslində öz maraqlarını legitimləşdirmək məqsədi daşıyır.

İsayev xatırladıb ki, Putin münaqişənin 10 ildir davam etdiyini qeyd edərək Krımın 2014-cü ildə ilhaqını da müharibə prosesinin bir hissəsi kimi göstərib:

“Rusiya müharibəni dayandırmaq istəyir, lakin bu, onun maraqları daxilində nəzərdə tutulur. Moskva istəyir ki, Ukraynanın müəyyən əraziləri — Donetsk, Luqansk, Xerson və Zaporojye Rusiyanın ərazisi kimi tanınsın.”

Politoloqun sözlərinə görə, Rusiya işğal etdiyi bölgələrin beynəlxalq səviyyədə tanınmasını əldə etmək üçün ABŞ-a, xüsusilə də Donald Trampa müraciət edir:

“İşğalçı dövlət başqa bir ölkənin ərazisini zəbt edir və sonra ABŞ-dan müharibəni dayandırmaq üçün yol tapmasını xahiş edir. Bu xahişlərin arxasında həmin ərazilərin Rusiya ərazisi kimi tanınmasına nail olmaq niyyəti dayanır.”

Anar İsayev əlavə edib ki, Putin əslində atəşkəsin əldə olunması və sülh razılaşmasının imzalanması üçün təqdim olunan şərtlərə əməl etmir:

“Rusiya həm iqtisadi, həm hərbi baxımdan tükənməyə doğru gedir və əlində saxladığı əraziləri itirməmək üçün konstruktiv yol axtarır.”


Sizin reklam burada
Sizin reklam burada