Rusiya diplomatı XİN-ə çağırıldı - Səbəb

Rusiya diplomatı XİN-ə çağırıldı - Səbəb
06 Yan 2025 20:45

Rusiya səfirliyinin nümayəndəsi Dnestryanıdakı enerji böhranı ilə bağlı mövqeyini bildirdikdən sonra Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.


News365.az xəbər verir ki, XİN-in mətbuat katibi Tatyana Barak məlumat verib.


Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyovla Moskva arasında münasibətlərə mənfi təsir göstərir


Qeyd edək ki, Ukrayna ərazisindən qaz tranziti dayandırıldıqdan sonra Dnestryanı regionunda enerji böhranı yaşanır.


Bu gün isə Rusiya diplomatik missiyası yanvarın 1-də rus qazının nəqlinin dayandırıldığı Dnestryanı bölgəsində vəziyyətin sürətlə pisləşdiyini və böhranın kollektiv Qərb və Ukrayna tərəfindən süni şəkildə yaradıldığını bildirib.


Vurğulanıb ki, Kişinyov və Kiyevdəki media enerji böhranına görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır.


Youtube kanalımız