İlham Əliyevin səfəri Türkmənistan mətbuatında

İlham Əliyevin səfəri Türkmənistan mətbuatında
12:15

Türkmənistan mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə etdiyi iş səfərini geniş şəkildə işıqlandırıb. 

News365.az xəbər verir ki, Türkmənistan Dövlət Xəbər Agentliyinin (TDH) məlumatına görə, dövlət başçısı İlham Əliyev Türkmənistanın Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə yüksək səviyyəli görüş keçirib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında strateji əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Türkmənistan mətbuatı Prezident Əliyevin səfərinin, Azərbaycan ilə Türkmənistan arasında olan dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib.

Mətbuatın verdiyi məlumata görə, görüşdə iki dövlət arasında iqtisadi, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın artırılması məsələləri ətraflı şəkildə müzakirə olunub. Həmçinin, iki ölkənin nümayəndələri, qarşılıqlı xidmətlər və ticarət mübadiləsinin artırılmasına dair yeni addımların atılacağını vurğulanıb.

Türkmənistan mediası Azərbaycanın Türkmənistanla olan əlaqələrini çox yüksək qiymətləndirərək, gələcəkdə bu əlaqələrin daha da gücləndiriləcəyini bildirib. İlham Əliyevin səfəri, həmçinin, Türkmənistan-Azərbaycan dostluğunun və əməkdaşlığının daha da dərinləşəcəyinin göstəricisi kimi mətbuatda geniş yer alıb.


Sizin reklam burada
Sizin reklam burada