Rostovda iki nəfəri girov götürən İŞİD-çilər şərtlərini irəli sürüblər - FOTO/VİDEO - YENİLƏNİB

Rostovda iki nəfəri girov götürən İŞİD-çilər şərtlərini irəli sürüblər -  FOTO/VİDEO - YENİLƏNİB
16 İyn 2024 12:15

Rostov İstintaq Təcridxanasında girov götürənlər avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.

Bu barədə Baza telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, bu gün Rostov şəhərində yerləşən 1 saylı İstintaq təcridxanasında cəza çəkən beş nəfər İŞİD üzvü təcridxananın iki əməkdaşını girov götürüb.

***10:54

Rostov-na-Donu şəhərində yerləşən 1 saylı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslər iki əməkdaşı girov götürüblər.

Bu barədə Rostov vilayəti üzrə Federal Penitensiar Xidmət Baş İdarəsi məlumat yayıb.

Hadisə ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın bütün şəxsi heyəti həyəcan vəziyyətinə gətirilib. Girovların azad edilməsi üçün danışıqlar aparılır.

Rostov-na-Donudakı həbsxanada əməkdaşları girov götürən şəxslər İŞİD terrorçuları ilə əlaqələrinə və hakimiyyət orqanlarına hücum hazırladıqlarına görə məhkum ediliblər.

Təxminən altı nəfərdən ibarət qrupun üç üzvü hazırda təcrixanada iki əməkdşı girov saxlayırlar. 

 

VİDEO

 

QALEREYA


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər