Roma Papası çərşənbə günü keçirilən ümumi qəbul görüşündə İsrailin işğal etməyi planlaşdırdığı Qəzza şəhərindəki humanitar böhran barədə danışıb.
News365.az xəbər verir ki, Papa bildirib: “Bütün əsirlərin azad olunması, qalıcı atəşkəsə nail olunması, humanitar yardımın təhlükəsiz şəkildə daxil olmasının təmin edilməsi və humanitar hüquqa tam hörmətlə yanaşılması üçün yalvarıram.”
O, beynəlxalq hüquqa görə mülki əhalinin qorunmalı olduğunu vurğulayıb. Papaya görə, beynəlxalq hüquq toplu cəzalandırmanı, nəzarətsiz güc tətbiqini və əhalinin zorla köçürülməsini qadağan edir. Bu səbəbdən o, bölgədəki bu “dağıntının” dərhal sona çatması çağırışı edib.