Böyük Britaniyalı müğənni Robbi Uilyams milli hit-paradların tarixində yeni rekorda imza atıb.
News365.az xəbər verir ki, onun "BRITPOP" adlı yeni albomu 23 yanvarda çıxıb və dərhal çartların birinci pilləsinə yüksəlib.
Beləliklə, bu Uilyamsın solo karyerasında çartların zirvəsinə çıxan 16-cı albomu olub və o, bu göstərici ilə "The Beatles" qrupunu ötüb. Qeyd edək ki, onun yalnız "Reality Killed The Video Star" albomu birinci ola bilməyib və ikinci pillədə qalıb.
Uilyams bildirib ki, uzun müddət məhz belə bir albom yaratmaq arzusunda olub və "BRITPOP"un uğuru onun üçün xüsusi əhəmiyyət kəsb edir.