Reytinq oyunu? Təranə Qumral efirdə qurulan nişan səhnəni ifşa etdi

Reytinq oyunu? Təranə Qumral efirdə qurulan nişan səhnəni ifşa etdi
09:37

Müğənni Təranə Qumral Zaurun aparıcılığı ilə yayımlanan “Rəngarəng” verilişində qızı Sevgimlə bağlı səsləndirilən nişan iddialarına münasibət bildirib.

Onun sözlərinə görə, verilişə dəvət olunduqları zaman studiyada kəlağayı, xonçalar və gül dəstlərinin olduğunu görüblər. 

News365.az xəbər verir ki, Təranə Qumral bu addımın əvvəlcədən qurulmuş ssenari olduğunu deyib:

“Getmişdik ki, guya teatr qurulsun. Sevgimin başına kəlağayı örtüləcəkmiş. Guya qızıma nişan gətiriblər. Mən heç nədən qorxmuram. Bunlar özlərindən düzəldib, qoşublar”, – deyə o bildirib.

Müğənni vurğulayıb ki, qızı Sevgim heç vaxt nişanlı olmayıb və rəsmi şəkildə “hə” də deməyib:

“Heç vaxt Sevgim nişanlı olmayıb, heç ‘həri’li də olmayıb. Reytinq xatirinə belə hoqqalar çıxarırlar”.

Təranə Qumral əlavə edib ki, efirdə deyilən hər deyilənə inanmaq olmaz:

“Bəzi efirdə olanların cəmi 10–20 faizinə inanmaq olar”.

Sənətçinin sözlərinə görə, baş verənlər Sevgim üçün də gözlənilməz olub və veriliş zamanı o, şok yaşayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada