"Restoran və digər ictimai iaşə obyektlərinə verilən dini, eləcə də ayrı-seçkilik məzmunu daşıyan adlar mövcuddur və din üzərindən parçalanmaya xidmət edən bütün bu cür adların dəyişdirilməsi zəruridir".
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Komitə sədri ayrı-seçkilik məzmunu daşıyan adların dəyişdirilməsinin tərəfdarı olduğunu və bununla bağlı xüsusi sənəd hazırlayıb müvafiq qurumlara təqdim etməyi planlaşdırdığını bildirib:
“Çünki dünyəvi dövlət prinsipləri hər bir müəssisənin bütün vətəndaşlar üçün bərabər, anlaşılan və neytral şəkildə xidmət göstərməsini tələb edir. Buna görə də, Azərbaycan başqa ölkələrin ideoloji və dini təbliğat, habelə test məkanına çevrilə bilməz.
Bu baxımdan “Qədirxum”, “Fədək” və bu kimi digər adlar Azərbaycanda məqsədyönlü ideoloji və dini təbliğat vasitəsi kimi qiymətləndirilməlidir və müvafiq qurumlar bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməlidirlər”,- deyə F.Mustafa qeyd edib./// modern