Rəşidə Behbudova oğlunun ad gününü belə təbrik etdi - FOTO

Rəşidə Behbudova oğlunun ad gününü belə təbrik etdi - FOTO
26 İyl 2025 17:37

Əməkdar artist Rəşidə Behbudova oğlu Rəşid ilə bağlı paylaşım edib. 

O, oğlunun ad günü olduğunu bildirib. Behbudova övladını bu sözlərlə təbrik edib:

"Əziz Rəşidim, ad günün mübarək, həyatım, planetim, Vətənim, sevgim. Dünyanın bütün mənzərələri, yollar, üfüq, okeanlar, melodiyaları və səsləri sənsən. Sevincim mənim, buludların arxasından boylanan günəşim, gülüşüm. Səni o qədər sevirəm ki, sonsuzadək öpmək istəyirəm. Həmişə, əbədi olaraq, bacardığım qədər. Ağ qanadlara çevrilib sənin yanında olmaq istəyirəm ki, səni insanların fırtınasından qoruyum. Əllərimlə səni analıq qucağıma sıxım, Sənə hər zaman sevgi və güclü dualarımı göndərirəm. Tanrıdan istəyirəm ki, hər şey yaxşı olsun – yaxşı, çox yaxşı, gözəl və sevindirici, sənə sağlamlıq və əvəzolunmaz sevgi bəxş etsin... Bu gün əvvəl səni, daha sonra özümü təbrik edirəm". 


Sizin reklam burada
Sizin reklam burada