Razi Abbasbəylidən Kəramət Böyükçölə: “Həyasızlıqda ölçü vahidi olsa...”

Razi Abbasbəylidən Kəramət Böyükçölə: “Həyasızlıqda ölçü vahidi olsa...”
09:10

İqtisadçı-ekspert Razi Abbasbəyli sosial şəbəkə hesabında yazıçı Kəramət Böyükçölə ünvanlandığı paylaşımında sərt fikirlər səsləndirib.

Abbasbəyli Kəramət Böyükçölün müxtəlif şəxslərlə münasibətlərini və fəaliyyətini tənqid edib. O, paylaşımında Böyükçölün Ramil Səfərovla fotosunu, Pərviz Həşimli ilə münasibətlərini, Əli Kərimlidən müsahibə almasını və Əvəz Zeynallı ilə bir yerdə görünməsini qeyd edib.

“Ramil Səfərovla selfi elədi, Pərviz Həşimli ilə dostluq elədi. Əli Kərimlidən müsahibə aldı. Əvəz Zeynallı ilə yanaşı durdu. Atasına ev aldı, özünə obyekt. Ortada fakt var və təkzib edilmir”, – deyə ekspert bildirib.

Razi Abbasbəyli daha sonra Kəramət Böyükçölə ünvanlandığı paylaşımında sərt ifadələr işlədib:

“Həyasızlıqda ölçü vahidləri olsa, ilk 100-dən 100 alar. Utanmadan mənim statusumu Pərviz Həşimliyə göndərən adamdır.

Bu fərdlərin palçıqdan yorulduğu saata qədər gedib, bunların nə ‘yuvanın quşu’ olduğunu bilirəm!

Orxanından Yeniseyinə, qalası köhnələnindən millətə hüquqşünaslıq edib müşfiq olanına, filosofundan ata adından imtina edənə qədər... Hamısını tanıyıram.

Hamınızı tanıyıram! 1996-cı ildən bəri hamınızı tanıyıram.

Tarix sizi sadəcə ... xatırlayacaq”.

Qeyd edək ki, Abbasbəylinin paylaşımı Kəramət Böyükçölə ünvanlanıb.


Sizin reklam burada
Sizin reklam burada