Ramin Məmmədov özünə yeni köməkçi təyin etdi - FOTO

Ramin Məmmədov özünə yeni köməkçi təyin etdi - FOTO
10:55

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov özünə yeni köməkçi təyin edib.

News365.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı sədr Ramin Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abbasəli Bayramov sədrin köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Bayramov 1993-cü ildə Bakı şəhərində anadan olub. O, Ramin Məmmədovun Milli Məclisin deputatı olduğu dövrdə 2022-2024-cü illərdə köməkçisi işləyib. 

2024-cü ildən isə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.


Sizin reklam burada
Sizin reklam burada