Qusarda yerləşən hoteldə meyit tapılıb.
Hadisə fevralın 13-ü saat 14 radələrində Çiləgir kəndində yerləşən “Chateau” hotelində baş verib.
1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotel otağında aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.
Şəxsin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.