Qusarda 8 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
News365.az xəbər verir ki, hadisə Qusar-Şahdağ avtomobil yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində baş verib.
Beləki, turistləri daşıyan mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 3 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.