İraq Xameneinin öldürülməsi ilə əlaqədar üçgünlük matəm elan etdi

İraq Xameneinin öldürülməsi ilə əlaqədar üçgünlük matəm elan etdi
11:47

İraq hökuməti İranın ali rəhbəri ayətullah Əli Xameneinin öldürülməsi ilə əlaqədar ölkədə üçgünlük milli matəm elan edib.

İraq İnformasiya Agentliyi (INA) xəbər verir ki, bu barədə informasiyanı hökumətin rəsmi nümayəndəsi Bassem əl-Avadi yayıb:
 

“Böyük kədər və hüznlə hörmətli İran xalqına və bütün islam ümməsinə alim və mücahid, ali rəhbər, Zati-aliləri Ayətullah Seyid Əli əl-Hüseyni əl-Xameneinin şəhid olması münasibətilə başsağlığı veririk. Biz onu Peyğəmbər ailəsinin öncül nümayəndələrindən biri hesab edirik.”


O, həmçinin qeyd edib ki, bu qətl “açıq-aşkar təcavüz və bütün insani və mənəvi normaları pozan qınanılası bir hərəkət nəticəsində baş verib və beynəlxalq qanunlara və konvensiyalara ziddir”.


Sizin reklam burada
Sizin reklam burada