ABŞ və İsrail tərəfindən İranın ali rəhbəri ayətullah Əli Xameneinin öldürülməsi İraqın paytaxtı Bağdadda etiraz aksiyalarına səbəb olub. Nümayişçilər şəhərin “Yaşıl zona” adlanan, güclü mühafizə olunan hissəsində təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya giriblər. Bu ərazi İraq hökumətinin, parlamentin və xarici səfirliklərin yerləşdiyi zonadır.
İnformasiyanı Al Jazeera yayıb.
Telekanalın məlumatına görə, etirazçılar bayraqlar qaldıraraq şüarlar səsləndiriblər.
Şahidlərin sözlərinə əsasən, nümayişçilər ABŞ səfirliyinə doğru yürüş təşkil etmək və hücum etmək üçün səfərbər olmağa çalışıblar.
Yayılan görüntülərdə bir neçə etirazçının “Yaşıl zona”ya aparan giriş qapıları yaxınlığındakı dairəvi yol qovşağında nəqliyyat vasitələrinin hərəkətini bloklamağa cəhd etdiyi əks olunub.