Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb

Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb
23 Avq 2025 20:30

Quba rayonu, Gədikqışlaq kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

News365.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Sizin reklam burada
Sizin reklam burada