Qohum
evlilikləri qanunla qadağan edildi. Amma heç də, hər kəs bu qnunun istənilən nəticə
verəcəyinə inanmır. Əksinə, belə düşünənlər də var ki, bundan sonra nigahsız
ailələrin sayı artacaq.
Mövzu
ilə bağlı News365.az-a danışan tanınmış həkim Vaqif Qarayev deyir
ki, qanunun qəbulu vacib idi:
“İndi
qalır ona riayət etmək. Bu isə bir qədər sual altındadır. Məsələn ötən gün bir hüquqşünas deyir ki, belə evliliklərin
qadağan olunması düzgün deyil:
“Bu, insan haqlarının pozulmasıdır. Təbii ki, bu müəyyən mənada sevginin qadağan
olunmasıdır, ailə institunun möhkəmlənməsinə mane olur. Üstəlik, qohum evlilikdən
kifayət qədər sağlam uşaqlar doğulur”.
Lakin,
təbabət də deyir ki, belə ailələrdə uşağın şikəst doğulması ehtimalı həddindən
artıq yüksəkdir. Həmin hüquqşünas və onun kimi düşünənlər unudurlar ki, böyüklərin
sevmək və evlənmək hüququ varsa, uşağın da sağlam doğulmaq hüququ var. Siz nəsillikcə
əngəlli uşaqlar gördünüzmü? Siz əngəlli uşaqların valideynlərinin necə işgəncə
ilə yaşadığını gördünüzmü?”
News365.az