İsrail hərbçilərinin əməliyyatları nəticəsində son 48 saat ərzində Qəzza zolağında azı 12 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
News365.az xəbər verir ki, bu barədə məlumat Fələstin anklavının Səhiyyə Nazirliyi tərəfindən Telegram kanalında dərc olunub.
“Son iki gündə 12 nəfər İsrail bombardmanlarının qurbanı olub, daha 41 nəfər yaralanıb”, - məlumatda qeyd olunub.
Departament həmçinin iddia edir ki, 2023-cü ilin oktyabrından bu yana Qəzzada 45 553 fələstinli öldürülüb, 108 379 nəfər isə yaralanıb.