Qərb ölkələri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasını (ASEAN) məhv etməyə çalışarkən, NATO-nun Asiya analoqunu yaratmaq kursunu götürüblər. Bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
O qeyd edib ki, Qərbin səyləri Asiya-Sakit Okean regionunda müxtəlif qapalı hərbi-siyasi birliklərin - ABŞ, Yaponiya və Koreya Respublikasının üçtərəfli bloku və AUKUS hərbi blokunun (ABŞ, Böyük Britaniya və Avstraliya) yaradılmasına yönəlib: "Qərb faktiki olaraq ASEAN təşkilatınIN dağılması və mahiyyət etibarı ilə NATO-nun Asiya analoqunun yaradılması kursunu müəyyənləşdirib. Hindistanın isə bu cür strukturlara cəlb olunma ehtimalına xüsusi diqqət yetirilir, lakin bu, Dehlinin bu cür alyanslarda iştirak etməkdə o qədər də maraqlı olmadığını hər cəhətdən göstərir".
Bundan əlavə, Şoyqu qeyd edib ki, ABŞ prezidenti Donald Trampın tarif siyasəti Asiya-Sakit okean regionunda siyasi vəziyyətə mənfi təsir göstərir.
"Asiya-Sakit okean regionunda vəziyyət mürəkkəbdir və pisləşməyə meyllidir. Bu, əsasən qərblilərin regional təhlükəsizliyin təmin edilməsi sahəsində, o cümlədən ASEAN çərçivəsində çoxtərəfli əməkdaşlıq mexanizmlərini zəiflətmək və uzunmüddətli gərginlik ocaqları yaratmaq cəhdləri ilə bağlıdır", - Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Tural