Qəbələdə 3 yaşlı körpə belə xilas edildi - VİDEO

Qəbələdə 3 yaşlı körpə belə xilas edildi - VİDEO
13 İyl 2025 15:34

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qəbələ şəhəri, Muxtar Abdıyev küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

News365.az xəbər verir ki, çağırış üzrə cəlb olunan FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə pəncərədən daxil olaraq 2022-ci təvəllüdlü azyaşlını xilas ediblər.


Sizin reklam burada
Sizin reklam burada