“Qarabağ”ın rəqibi Bakıya bu gün gələcək

“Qarabağ”ın rəqibi Bakıya bu gün gələcək
13:39

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Şelburn” (İrlandiya) Bakıya bu gün çarter reysi ilə gələcək.

News365.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat katibi Anar Hacıyev deyib.

İrlandiya təmsilçisini oyunda 100-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Qrabağ” - “Şelburn” matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Sizin reklam burada
Sizin reklam burada