Şeydayev “Qarabağ”a qayıtdı

Şeydayev “Qarabağ”a qayıtdı
10:41

"Qarabağ”da sürpriz transfer gerçəkləşib.


News365.az xəbər verir ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə razılığa gəlib.

"Neftçi” ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən "köhlən atlar”ın heyətinə qayıdıb.

29 yaşlı futbolçu daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə "Qarabağ”da forma geyinib.

Şeydayev peşəkar karyerası ərzində "Zenit” (Rusiya), "Trabzonspor” (Türkiyə), "Jilina” (Slovakiya), "Krılya Sovetov” (Rusiya), "Dinamo” (Moskva, Rusiya) və "Buriram Yunayted”də (Tayland) çıxış edib.

Sizin reklam burada
Sizin reklam burada