Fransa prezidenti Emmanuel Makron diqqət çəkən açıqlamalar verib. "Le Monde" nəşrinin yaydığı məlumata görə, o, Polşanın baş naziri Donald Tusk ilə keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin haqqında mənfi fikirlər səsləndirib. Makron deyib ki, Rusiya prezidenti sülh tərəfdarı deyil və bunun əksini düşünənlər yanılırlar.
"Prezident Putin sülh tərəfdarı deyil, müharibənin tərəfindədir və onun sülh istədiyini düşünənlər yanılır", - Fransa prezidenti deyib.
Makron Ukraynada güclü və davamlı sülh qurmaq arzusunu da bəyan edib. O, həmçinin Rusiyanı "tarixi revizionizm" iddiasında ittiham edib.
Bir gün əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Putin Ukraynadakı münaqişənin diplomatiya, sülh yolu ilə nizamlanmasına tam dəstək verir. Hərçənd bunun üçün elə çox imkan da qalmayıb.
Tural