"Putin danışıqlarda çox güclü mövqedədir" - Bolton

"Putin danışıqlarda çox güclü mövqedədir" - Bolton
10:10

ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı tətbiq edilmiş bütün sanksiyalara baxmayaraq, hələ də Ukraynaya dair danışıqlar aparmaq üçün güclü mövqedə dayanır. Bu barədə "The Hill" nəşri məlumat yayıb.

O, Rusiyanın iqtisadi sanksiyalardan “əziyyət çəkməsinə” baxmayaraq, Vladimir Putinin hələ də möhkəm siyasi mövqe sərgiləməsinə diqqət çəkib.

"Amma bu müharibə uzandıqca məncə, onun mövqeyi əslində zəifləməyə doğru gedir. Hazırda əsad sual bunun ABŞ-nin səyləri və ya Avropanın Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq səyləri ilə baş verib-verməyəcəyidir", - ekspert qeyd edib.

Boltonun sözlərinə görə, Rusiya lideri artıq çoxlu güzəştlər əldə edə bilib və Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan əraziləri əlində saxlamaq niyyətindədir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada