Putin: "Mən kiborq deyiləm!"- Video

Putin: "Mən kiborq deyiləm!"- Video
27 May 2025 16:16

Rusiya prezidenti Vladimir Putin özünü kiborq hesab etmədiyini deyib. O, bu barədə “Rusiya – Fürsətlər ölkəsi” ANO-nun müşahidə şurasının iclasında bildirib.

"Bir müddət əvvəl mənə kifayət qədər yaxın olan bir adam üzümə belə dedi: "Sən kiborqsan!" Özünü kiborq kimi hiss etmək elə də xoş deyil. Mən qətiyyən belə düşünmürəm", - prezident natiqlərdən birinin insanların bir-birinə şəxsən deyil, "Qosusluq" portalı vasitəsilə necə təkliflər verməsi barədə hekayəsini şərh edərkən vurğulayıb.

“Belə hallarda insanların bir-biri ilə ünsiyyət qurması və həyatdan bütün mənalarda həzz alması üçün şərait yaratmaq daha yaxşıdır”, - deyə prezident tövsiyə edib.


Tural


Sizin reklam burada
Sizin reklam burada