Prezident İlham Əliyev Bərdə rayonuna səfər edib - YENİLƏNİB

Prezident İlham Əliyev Bərdə rayonuna səfər edib - YENİLƏNİB
07 Avq 2023 12:58

Prezident İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib. Burada 123 işçi çalışacaq, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir. Hazırda Mərkəzdə 14 yaradıcılıq istiqaməti üzrə 195 benefisiara xidmət göstərilir. Onların 146-sı fərdi müraciət əsasında, 49-u müəssisələrlə fərdi əməkdaşlıq çərçivəsində qəbul olunub. Bu benefisiarların 37 nəfəri 6-10, 59 nəfəri 11-18, 99 nəfəri isə 18 yaşından yuxarıdır. Prezident İlham Əliyev Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış olub. Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar mövcuddur. Burada 48 peşə istiqaməti, o cümlədən dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur yaradılıb. Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub. Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərlik heyət fəaliyyət göstərəcək.

 


Sizin reklam burada
Sizin reklam burada