Gürcüstanın Batumi şəhərində 21 və 24 yaşlarında iki Türkiyə vətəndaşı həmyerlilərinə qarşı sui-qəsd, həmçinin qanunsuz şəkildə silah əldə etmə, saxlama və gəzdirmə ittihamları əsasında saxlanılıb.
News365.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Saxlanılanlardan biri adam öldürməyə cəhddə, o cümlədən qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və gəzdirməkdə, digəri isə xüsusilə ağır cinayət barədə məlumat verməməkdə ittiham olunur.
Sadalanan ittihamlar üzrə cəza 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.