Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə Böyük Dəhnə kəndində qeydə alınıb.
Belə ki, Azad Abdullayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə piyada, 1950-ci il təvəllüdlü Fəxrəddin Beybudovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.