Çox varlı bir qrup şəxs Çinin "ByteDance" şirkətindən Tiktok sosial şəbəkəsini almağa hazırdır.
News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Yeri gəlmişkən, Tiktok alıcımız var. Düşünürəm ki, müqavilə üçün Çinin təsdiqinə ehtiyacım ola bilər. Çin sədri Si Szinpin yəqin ki, razılıq verəcək. Təxminən iki həftə ərzində bu alıcıların adını çəkməyə hazır olacam. Onlar olduqca zəngin insanlardır. Çox zəngin insanlar qrupudur",- o bildirib.