Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə Goranboy - Goran yolunda qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı mirkoavtobusla "KİA" "markalı minik maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Qeyd edək ki, bu gün Goranboy-Ağcakənd yolunda "Mersedec" markalı mikroavtobusla "VAZ 2106" markalı minik maşını da toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb.
Hər iki faktla bağlı araşdırma aparılır.