Kolumbiyanın şimal-qərbindəki Bello bələdiyyəsində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb.
News365.az xarici mediaya istinadla xəbər verir ki, son rəsmi hesablamaya görə, 13 nəfər itkin düşüb.
Məlumata görə, onların axtarışları davam edir və təbii fəlakətdən ümumilikdə 1 948 nəfər zərər çəkib.
Xatırladaq ki, torpaq sürüşməsi iyunun 25-də Bellodakı Qranisal yaşayış məntəqəsində baş verib.
İlk gün 10 nəfərin öldüyü məlum olmuşdu. Torpaq sürüşməsinə səbəb regionda bir neçə gün davam etmiş güclü yağışlar olub.