Polşa artıq ikinci gecədir ki, Rusiyanın Ukraynadakı akitiv hərbi fəaliyyətləri ilə bağlı bir neçə döyüş təyyarəsini havaya qaldırır. Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı X platformasındakı öz hesabında məlumat yayıb. Müvafiq bəyanat yerli vaxtla 3:40-da ictimaiyyətə açıqlanıb.
"Diqqət! Ölkənin cənub-şərq hissəsində Polşa və müttəfiq qırıcıların hava məkanımızda uçuşlara başlaması səbəbindən səs səviyyəsinin artması ola bilər", - deyə məlumatda bildirilir.
Bəzi saytlar bunun ölkəyə "təsadüfi hücum" risklərinin artması səbəbindən baş verdiyini iddia ediblər.
Yayılan məlumata görə, qırıcılar üç saatdan sonra öz baza aerodromlarına qayıdıblar. Hökumətə yaxın saytlar isə yazır ki, Ukraynada Rusiyanın uzaqmənzilli aviasiyasının yeni fəaliyyəti müşahidə edildiyi üçün onlar hava məkanında patrul edirlər.
Tural