“Politico“dan xəbərdarlıq: “Ukrayna ordusunun müdafiəsi bu yay çökəcək“

“Politico“dan xəbərdarlıq:  “Ukrayna ordusunun müdafiəsi bu yay çökəcək“
17 Apr 2024 12:22

Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan cəbhə bu ilin yayında dağıla bilər. Bu fikirlər ABŞ-nin məşhur "Politico"da  saytında dərc olunan məqalədəndir.

Nəşr yüksək rütbəli ukraynalı zabitlərə istinad edib.

Zabitlərin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin qurduğu müdafi xətti Rusiya ordusunun gözlənilən hücumuna tab gətirməyəcək. Nəticədə, Ukrayna qaçılmaz şəkildə daha çox ərazi itirəcək.

Müəllif yazır ki, Ukrayna hərbçiləri təchizat cəhətddən ciddi korluq çəkirlər və bu, onların mənəviyyatını, döyüş ruhunu sarsıdır. Məqalədə Moskvanın müharibədə həmişəki məqsədlərinə daha çox yaxın olması xüsusi olaraq vurğulanıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Rus qoşunları Kiyevə qədər irəliləyə bilsələr də, sonradan geri çəkiliblər. Ukrayna qoşunları ötən ilin iyunundan uğursuz əks-hücum əməliyyatları keçirib. Son aylarda isə Rusiya döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər