Müğənni Ofelya Şabanovanun açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.
News365.az-ın məlumatına görə, sənətçi bildirib ki, bəzi qadınlar ev heyvanlarını qucaqlarına götürüb, onları sevərək "gözəl pişiyim, itim var" deyirlər:
"Görürəm ki, qadınlar pişiyi qucaqlarına götürüb elə sevgi ilə sığallayırlar ki, deyirlər: 'Gözəl pişiyim, itim vr' aO pişiyə çəkdiyiniz sığalı ərinizə də çəkin. Bəzi xanımlar ərini heyvandan da aşağı dəyərləndirirlər".
Müğənninin bu sərt sözləri izləyicilər tərəfindən geniş müzakirələrə yol açıb.