Pınar Deniz həbsdə olan menecerindən ayrıldı – Yeni menecerini açıqladı

Pınar Deniz həbsdə olan menecerindən ayrıldı – Yeni menecerini açıqladı
14:10

Aktrisa Pınar Deniz, Gezi Parkı hadisələri ilə bağlı həbsi davam edən meneceri Ayşe Barımın qurucusu olduğu ID İletişim agentliyindən ayrılıb. Deniz, yeni menecerini Instagram hesabına əlavə edib.

News365.az xəbər verir ki, televiziya sektorunda inhisarçılıq ittihamı ilə saxlanılsa da, 12 il əvvəlki Gezi Parkı etirazlarında sənətçiləri yönləndirdiyi iddiası ilə “Türkiyə Cümhuriyyəti Hökumətini devirməyə cəhdə kömək” ittihamı ilə həbs edilən menecer və ID İletişim-in qurucusu Ayşe Barım, 7 iyulda ilk dəfə hakim qarşısına çıxarılıb. Məhkəmə onun həbsdə qalmasına qərar verib. Məhkəmə prosesi 1 oktyabrda davam edəcək.

Məhkəmə iclasında göz yaşlarını saxlaya bilməyən Ayşe Barım müdafiəsində bildirib:
“Mən Türkiyə Cümhuriyyətini devirməyə yönəlik heç bir iş görmədim, yardım da etmədim… Həbs olunmazdan əvvəl mənə ciddi bir ürək xəstəliyi və beyin anevrizması diaqnozu qoyulmuşdu. Ürəyimdə 6 müxtəlif xəstəlik aşkarlanıb. Son dərəcə ağır və sağlamlığa zərərli şəraitdə yaşamağa çalışıram... Yaşamaq haqqımı geri istəyirəm. Qürurum, nüfuzum, yaşamaq haqqım – hər şeyim əlimdən alınıb. Sizin ədalətinizə və vicdanınıza güvənirəm.” – deyə bildirib.


Sizin reklam burada
Sizin reklam burada