Pensiya və sosial yardımda artımlar gözlənilir - AÇIQLAMA

Pensiya və sosial yardımda artımlar gözlənilir - AÇIQLAMA
10:38

Ötən həftə Milli Məclisdə 2026-cı ilin büdcəsi müzakirə olunub. Sosial sahəyə ayrılacaq vəsaitlərin artacağı bildirilir və vətəndaşların diqqətini əsasən pensiya və minimum əmək haqqının artırılması məsələsi cəlb edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov News365.az-a açıqlamasında bildirib ki, sosial sahədəki artımlar həm qanunvericilik, həm də Prezident sərəncamları ilə tənzimlənir.


Onun sözlərinə görə, pensiyalar yanvarın 1-dən indeksləşdirilərək artırılacaq və bu artım yaşa, valideynlərini itirməyə və əlilliyə görə pensiyalara şamil olunacaq. İlkin proqnozlara görə, artım təxminən 9,2% təşkil edəcək və növbəti ildən 1 milyon 100 min vətəndaş bu artımlardan faydalanacaq.

Deputat həmçinin qeyd edib ki, ehtiyac meyarının yüksəlməsi ünvanlı sosial yardımlara da təsir göstərəcək. 2025-ci ildə sosial sahəyə ayrılan vəsait 16,9 milyard manat idisə, 2026-cı ildə bu rəqəm 17,1 milyard manata çatacaq. Sosial təminat və müdafiənin gücləndirilməsi dövlət büdcəsinin prioritetlərindən biri olaraq qalacaq.


Sizin reklam burada
Sizin reklam burada