Pəncərə kənarına qoyulan duz GÖRÜN NƏLƏR EDİR

Pəncərə kənarına qoyulan duz GÖRÜN NƏLƏR EDİR
10:49

Sonbahar və qış aylarında havaların soyuması ilə evlərdə ən çox rast gəlinən problemlərdən biri yoğuşma və küf əmələ gəlməsidir. Mütəxəssislər bu problemi aradan qaldırmaq üçün sadə və sərfəli üsul tövsiyə edirlər: pəncərə kənarına duz dolu qab qoymaq.

News365.az xəbər verir ki, duz havadakı artıq nəmi özünə çəkərək yoğuşmanı azaldır. Bununla da pəncərə şüşələrində su damcılarının yaranmasının, divarlarda isə rütubət və küfün əmələ gəlməsinin qarşısı alınır.

Mütəxəssislərin sözlərinə görə, duz kasələri xüsusən kiçik və orta dərəcəli nəmlik problemlərində effektivdir. Qabın içindəki duz zamanla topalaşır və nəm çəkir, bu halda onu yenisi ilə əvəz etmək lazımdır.

Küf yalnız pis qoxuya səbəb olmur, həm də astma, bronxit, allergiya kimi xəstəlikləri artıraraq ciddi sağlamlıq riskləri yaradır. Bundan başqa, rütubət divar və taxta konstruksiyalara ziyan vurur, bahalı təmir xərclərinə yol aça bilər.

Alternativ üsullar:

Evi tez-tez havalandırmaq

Aspiratorlardan istifadə

Elektrikli nemqapıcı cihazlar

Silika jel və ya pişik qumu kimi təbii nəmuducular

Cüt şüşəli pəncərə və yaxşı izolyasiya tədbirləri

Beləliklə, sadə bir qab duz evinizi həm sağlamlıq, həm də maddi baxımdan böyük zərərlərdən qoruya bilər. 


Sizin reklam burada
Sizin reklam burada