ABŞ-də cinsi xarakterli cinayətlərə görə məhkum olunmuş Ceffri Epşteynlə əlaqələrinin olduğu bildirilən Fransa model agentliyinin nümayəndəsi Daniel Siad Paris yaxınlığındakı evində ölü tapılıb.
News365.az xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı Daniel Siad bazar ertəsi Parisin şimal-qərbində yerləşən Kolomb şəhərindəki evində həyatını itirmiş vəziyyətdə aşkarlanıb.
Nanter Prokurorluğu hadisə ilə bağlı ölümün səbəbinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanıldığını, həmçinin meyit üzərində məhkəmə-tibbi ekspertizasının aparılacağını açıqlayıb.
Daniel Siadın adı ABŞ hökumətinin açıqladığı Ceffri Epşteyn sənədlərində dəfələrlə qeyd olunub.
Siad isə daha əvvəl verdiyi açıqlamalarda Epşteynin təhdid xarakterli davranışlarından və ya qanunsuz fəaliyyətindən xəbərsiz olduğunu iddia etmişdi.