“Paşinyanın komandası yeni müharibə istəmir” - Deputatdan AÇIQLAMA

“Paşinyanın komandası yeni müharibə istəmir” - Deputatdan AÇIQLAMA
12:43

“Paşinyanın komandası yeni müharibə istəmir”.

Milli Məclisin deputatı Razi Nurullayev News365.az-a açıqlamasında bildirib ki, Paşinyanın son bəyanatları onun komandasında ciddi narahatlığın mövcud olduğunu göstərir.

“Bu, o narahatlığı ortaya qoyur ki, Paşinyanın komandası və onun rəhbərlik etdiyi Ermənistan yeni müharibə istəmir. Çünki münaqişənin yenidən alovlanması, ermənilərin Qarabağa köçürülməsi prosesi ilkin mərhələdə belə regionda gərginliyin artmasına səbəb ola bilər.

Bundan əlavə, Paşinyanın vurğuladığı ikinci məsələ ondan ibarətdir ki, əgər ermənilərin bərabər qaydada geri qayıtmasına israr etsələr, bu, praktiki baxımdan da mümkün deyil. Çünki onların dediyi 120 min nəfərdən deyil, təxminən 50-60 min nəfər erməni Azərbaycan pasportuna malik idi və onların bir hissəsi artıq Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuşdu.

Bunun müqabilində Azərbaycan da haqlı olaraq tələb edir ki, azərbaycanlılar öz dədə-baba yurdlarına – Qərbi Azərbaycana qayıtmalıdırlar. Ermənilər “Qərbi Azərbaycan” anlayışını qəbul etməsələr də, tarixi fakt budur ki, həmin ərazilərdə azərbaycanlılar əsrlərlə yaşayıblar.

Hazırda isə Ermənistanda yaşayan azərbaycanlıların sayı üç yüz mindən çoxdur. Belə olan halda, əgər ermənilər Qarabağa qayıdışı gündəmə gətirirlərsə, Azərbaycan da Qərbi Azərbaycana qayıdışı tələb etməkdə tam haqlıdır.

Bu vəziyyətdə Ermənistan haqsız mövqedə qalır və heç bir halda üstün vəziyyətə gələ bilmir. Belə bir şəraitdə Qarabağ ermənilərinin geri qayıdışını tələb etmək, əslində, Ermənistanı yenidən münaqişəyə və müharibəyə sürükləmək, əldə olunmuş sülh prosesinə zərbə vurmaq deməkdir”, – deyə deputat vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada