Ermənistan cəmiyyətində Baş nazirin bəzi hərəkətlərinin yaxşı qarşılanmadığı müşahidə edilir.
Politoloq Aytən Qurbanova bunu News365.az- deyib.
“Paşinyan həyatının hər anını paylaşması bununla bağlı mesaj verməyə çalışması, arxa pərdədə həm cəmiyyətdə mövcud olan problemlərin, eyni zamanda sülh danışıqlarının normallaşma prosesi ilə bağlı olan problemlərin gözardı edilməsi və qeyri-ciddi yanaşmanı özündə ehtiva edir. Bu istiqamətdə də təbii ki, Ermənistan cəmiyyətində və onun arxasında dayanan Ermənsitan plus qüvvələrdə də artıq müəyyən mənada qıcıq yaradan faktrları aydın şəkildə müşahidə edə bilirik.”- deyə vurğulayıb.