Fırıldaqçılara inanan təqaüdçü 34,9 milyon itirdi

Fırıldaqçılara inanan təqaüdçü 34,9 milyon itirdi
12:52

Rusiyada maraqlı fırıldaq hadisəsi baş verib. Belə ki, Sankt-Peterburq sakini fırıldaqçılara inanaraq onlara 30 milyon rubldan çox pul verib. Bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Fırıldaqçılar 70 yaşlı qadını inandırıblar ki, kimsə onun vəsaiti olan hesaba giriş əldə etməyə çalışır. Pulun naməlum şəxslərin əlinə keçməməsi üçün təqaüdçü onu müxtəlif ünvanlarda gözləyən kuryerlərə təhvil verməlidir.

Nəticədə fırıldaqçılar zərərçəkmişdən 34,9 milyon rubl ala biliblər. Sankt-Peterburq sakininin bu pulu kredit götürməsi və ya əmanət kimi çıxarması barədə məlumat verilmir.

Qadın aldadıldığını anlayıb və polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə iş açıblar.

"Polis bu cinayətdə iştirak edən şəxslərin saxlanılması istiqamətində tədbirlər həyata keçirib", - qurumun məlumatında qeyd edilib.

Tural


Youtube kanalımız